Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri-“Azərbaycan Bayrağı” ordenli Xudayar Yusifzadə və evin-ailənin tək, subay oğlu Şahmuraz Hümbətzadənin bu gün Anım günləridir-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ KEÇİRİLDİ, SAHMURAZ HÜMBƏTZADƏNİN EV-MUZEYİNİN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bərdə rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Xudayar Müslüm oğlu Yusifzadə və Şahmuraz Əyyub oğlu Hümbətzadənin Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından dörd il keçir.

Anım günləri ilə bağlı bu gün-23 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidlərin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar olunacaq, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.

Məzarlarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında hər iki Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunacaq.

Eyni zamanda, Cəyirli kəndində-Şahmuraz Hümbətzadənin ailəsinin yaşadığı evdə Şəhidin otağının-muzeyinin açılışı olacaq.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan, ailəsi hazırda Bərdənin Güloğlular kəndində yaşayan Xudayar Yusifzadə 1998-ci ilin iyul ayının 15-də, Şahmuraz Hümbətzadə isə 1998-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Cəyirli kəndində sadə bir ailədə dünyaya gəlib.

Xudayar Yusifzadə ailənin 4 övladından-3 qardaşdan biri, Şahmuraz Hümbətzadə isə 3 bacının tək qardaşı olub.

Xudayar Yusifzadə İkinci Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Kiçik giziri, Şahmuraz Hümbətzadə könüllü olaraq, iştirak edib.

Xudayar Hümbətzadə Zəngilan-Ağbənd, Şahmuraz Hümbətzadə Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıblar.

Hər iki Şəhid 2020-ci ilin 23 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyət uğurlanıblar.

Şəhidliklərindən sonra Şahmuraz Hümbətzadə bir neçə medalla, Xudayar Yusifzadə isə “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif olunub.

Hər iki Şəhid həm də subay olublar.

00:05

***

Bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında Xudayar Yusifzadə və Şahmuraz Hümbətzadənin məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Hər iki Şəhidin ruhlarına dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, hər iki Şəhidin Vətən naminə fədakarlıqlarından söz açılıb.

Hər iki Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarlarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında hər iki Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunub.

Eyni zamanda, Şəhid Xudayar Yusifzadənin ailəsinin Güloğlular kəndində yaşadığı evdə Anım məclisi keçirilib.

Həmçinin, Cəyirli kəndində-Şahmuraz Hümbətzadənin ailəsinin yaşadığı evdə Şəhidin otağının-muzeyinin açılışı olub.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, Bərdəli, Tərtərli, Oğuzlu, Mingəçevirli, Balakənli, Goranboylu, Sabirabadlı, Qobustanlı Şəhid ailələri, Qazilər, hərbçilər, polis əməkdaşları, yerli ziyalılar, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, müəllim və məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

14:30

***

FOTOLAR:

17:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Samir Muradovun xalası oğlu, həm də qayını, ailənin iki övladından biri, keçmiş hərbçi, üç medallı-İKİNCİ VƏTƏN MÜARİBƏSİ İŞTİRAKÇISI, QAZİ PƏRVİZ ŞAHBAZOV… – FOTOLAR

Read Next

İlham Əliyev Kazanda bir sıra görüşlər keçirdi, Bosniya və Herseqovina və Laosun prezidentləri ilə-BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir