Bərdəli-Mustafaağalılı Şəhidlərin məzarları-ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdənin Boyəhmədli və Mustafaağalı kəndlərinin İkinci Vətən Müharibəsi və Aprel döyüşləri Şəhidlərinin Mustafağalı kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, öncə Bərdənin iki Aprel döyüşləri Şəhidlərindən biri-1988-ci il doğumlu, bir övlad-oğul atası Səbuhi Rəfayıl oğlu Musayevin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, Bərdəli məktəblilər tərəfindən şeirlər səsləndirilib, çıxışlar olunub.

Çıxışlarda Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb.

Ziyarətdə Şəhidin anası və atası, övladı, Bərdəli Şəhid anaları və Şəhid ataları, məktəblilər, təhsil işçiləri iştirak ediblər.

Mərasim təxminən yarım saat çəkib.

Qeyd edək ki, Səbuhi Musayev Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüşlərdə Şəhid olub, nəşi aprelin 7-də Mustafaağalı kənd qəbiristanlığında dəfn olunub.

Sonra Bərdəli Şəhid ailələri digər Mustafaağalılı Şəhidlərin-iki övlad atası, “Qarabağ” ordenli Asəf Əsgərovun, MAXE Calal Calalzadənin, MAXE Behbud Behbudlunun və əsgər Fəqan Ziyadovun məzarlarını ziyarət edib, ruhlarına dualar ediblər.

Şəhidlərin ruhları qarşısında ehtiramla baş əyiblər.

Daha sonra Şəhid ailələri-Şəhid Fəxri Qəribzadənin, Şəhid Səid Ədilovun və Şəhid Sərvan Şükürovun ailə üzvləri Mustafağalılı-Boyəhmədlili Şəhid Asəf Əsgərovun Bərdə şəhərində yaşayan həyat yoldaşı Aydan Əsgərovanı və övladlarını ziyarət ediblər.

Ziyarət zamanı Asəf Əsgərov da daxil olmaqla, cəmi Şəhidlərin ruhlarına dualar edilib.

Ziyarət bir saatdan çox davam edib.

15:00

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İsrail Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını alqışlayır…”-YOEL RAZVOZOV – FOTO

Read Next

36 yeni yoluxma-2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir