Bərdəli Qazi Şahinin övladı dünyaya gəldi-ŞƏHİD ANASI ARZU HÜSEYNOVANIN TƏŞƏBBÜSÜ İLƏ GƏRƏNƏ KƏNDİNİN GİRİŞİNDƏ QAZİ ÖVLADININ QARŞILANMA MƏRASİMİ OLDU – FOTOLAR – YENİLƏNİB

Daha bir Qazi ailəsində, Qazi ocağında sevincli anlar yaşanıb.

Bərdəli-Gərənəli İkinci Vətən Müharibəsi iştirakçısı, keçmiş hərbçi-MAXE, ailənin iki oğlan övladından biri, Qazi Şahin Zeynalovun oğlan övladı dünyaya gəlib.

Etikxeber.az xəbər verir ki, mayın 10-da Bakı şəhərində yerləşən xəstəxanalardan birində vaxtından əvvəl dünyaya gələn körpəyə Rəşad adı verilib.

Rəşad Şahin oğlu Zeynallı…

20 may 2025-ci il tarixində, saat 23:00 radələrində isə Qazi və övladının Gərənə kəndinin girişində qarşılanma mərasimi olub.

Qaziyə və körpəsinə sürpriz yaşadılıb.

Tək övladını Şəhid vermiş-Şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynovanın təşəbbüsü ilə Bərdəli Şəhid Səid Ədilovun valideynləri, Qazilər, Bərdə rayon axundu Hacı Ramazan və digər şəxslər qarşılanma mərasimində iştirak ediblər.

Onlar Qazi Şahini və xanımını təbrik edib, onlara gözaydınlığı verərək, maşınlarla və bayraqlarla Qazi övladını evlərinəcən müşayiət ediblər.

Qazi Şahinin yaşadığı ata ocağında da qələbəlik yaşanıb.

Qazinin anası, tək qardaşı, babası və digər doğmaları balaca Rəşadı qarşılayaraq, Şahini və xanımını təbrik ediblər, həm də qarşılanma mərasiminə görə başda Arzu Hüseynova olmaqla, Şəhid Səid Ədilovun valideynlərinə, Qazilərə, axund Hacı Ramazana öz minnətdarlıqlarını ifadə ediblər.

Sonra isə xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir…Biz də eləyik…Oxşarlıqlar da qarşılıqla anlaşma üçün gözəl zəmin yaradır… Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (1)

Read Next

“Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir