Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayon sakini Şəfa Məhəmməd qızı Salmanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, o cümlədən Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə və TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova müraciət ünvanlayıb.
Etikxeber.az həmin müraciəti olduğu kimi, təqdim edir:
“Hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Şəfa Məhəmməd qızı Salmanova Bərdə rayonundanam. 1985-ci ilin 24 noyabr tarixində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişəm. Ailənin dörd övladından biriyəm. İllər öncə həm atamı, həm də anamı itirmişəm. Bir neçə il öncə şəxsi ailə həyatı qursam da, uğursuzluqla nəticələnib. 8 aylıq övladımı itirmişəm, ailəm dağılıb, həyatım alt-üst olub, səhhətim pisləşib. Hazırda Bərdədə, Səttərxan küçəsində yaşayan bacımgildə oluram, onlarla birlikdə qalıram. Şəxsi evim-eşiyim, heç nəyim yoxdur. Taleyim, bəxtim heç cür üzümə gülmədi. 9 ildir böyrək xəstəliyindən, dializdən əziyyət çəkirəm.
Hər günüm müalicə və müayinələrdə keçir. Böyrək əməliyyatı olunmalıyam, mənə böyrək köçrülməlidir. Ancaq donora ehtiyacım var. Böyrək transplantasiyası olmasa, donor tapılmasa, həyatım bir tükdən asılıdır. Çünki səhhətim getdikcə ağırlaşır, çətinləşir. Maddi imkanım da yox dərəcəsindədir. Heç bir maddi qazancım, dəstəyim yoxdur. Yəni, bu böyrək köçürülməsini reallaşdırmağa şəxsi durumum heç cür imkan vermir.

Əzizimiz, dəyərlimiz, xanımlar xanımı Mehriban xanım!
Vəziyyətim, durumum, səhhətimlə bağlı odur ki, birbaşa Sizə müraciət etmək qərarına gəldim. Göydə Allahımı, Yerdə Sizi ümidim, dayağım, pənahım bilirəm. Siz nəinki Azərbaycanımızın, problemlərlə dolu olan dünyamızın rəhm, mərhəmət, şəfqət simvolusunuz. Çox-çox, saysız-hesabsız dərəcədə insanlara əl tutmusunuz, dəstək, arxa-dayaq, onların sağlamlığına qovuşmasına vəsilə olmusunuz.
Ona görə çox istərdim ki, gözəl bir Azərbaycan qızı, dəyərli bir Azərbaycan anası, şəfqətli, mərhəmətli bir Azərbaycan qadını, xanımı kimi mənə də dəstək, arxa-dayaq olasınız. Mənim də səhhət problemimin həllinə səlahiyyətləriniz və imkanlarınız daxilində yardımçı və kömək olasınız. Sizdən çox cavan yaşlarında həyatı alt-üst olan bir Azərbaycan qızı, bir Azərbaycan qadını kimi çox-çox rica və xahiş edirəm. Mənə dəstək, yardımçı və kömək olun. Böyrək transplantasiyası üçün donorun tapılmasına köməyinizi, dəstəyinizi əsirgəməyin.
İnanıram ki, belə də olacaq, müraciətimi nəzərə alacaq, mənə dəstək olacaq, sağlamlığıma qovuşmağıma yardım göstərəcək və məni sevindirəcəksiniz. Gözəl Allahım da daim Sizi sevindirsin! Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm!”
Etikxeber.az




