Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdəli (həm də Ağdamlı) İkinci Vətən Müharibəsi Şəhidi, “Azərbaycan Bayrağı” ordenli Xudayar Yusifzadənin anası Radə Qurbanovanın doğum günüdür…
Bu gün-9 may 2025-ci il tarixində Şəhid anasının yaşının üstünə daha bir yaş gəlir…
Bu münasibətlə, yəni, doğum günündə Bərdəli Şəhid ailələri də Radə Qurbanovanı tək qoymayıblar…
Axşam saatlarında Bərdəli bir qrup Şəhid ailəsi Radə Qurbanovanı təbrik etmək üçün Xudayar ocağına gəliblər…
Şəhid anasının başına toplaşıblar…
…Və Xudayar ocağında məclis düzənlənib, süfrə açılıb…
Şəhid ailələri-Şəhid valideynlərinin hər biri Radə Qurbanovanı yeni yaşı, doğum günü münasibətilə təbrik edərək, Ona uzun ömür, can sağlığı arzulayıb, həm də Allahdan səbr və dözüm diləyiblər…
Radə xanım da öz növbəsində belə bir gündə Onu tək buraxmadıqları üçün Şəhid ailələrinə minnətdarılığını və təşəkkürünü ifadə edib…
İki saatdan çox davam edən məclisin sonunda tort kəsilib, xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az