Bərdəli və Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidləri-Turqut Zeynalov və Əbülhəsən Həsənzadə: HƏR İKİ ŞƏHİDİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Bərdəli Turqut Zeynalov və Lənkəranlı Əbülhəsən Həsənzadənin doğum günüdür.

Turqut Zeynalovun 27, Əbülhəsən Həsənzadənin 26 yaşı tamam olur və bu, hər iki Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Turqut Zeynalov 1996-cı ilin 20 avqust tarixində Bərdə rayonunda sadə bir ailədə dünyaya gəlib.

Turqut Zeynalov evin 4 övladından biri idi.

Ailədə 2 qardaş, 2 bacı olublar.

Turqut eyni zamanda, evin-ailənin böyük övladı olub.

Texnikum (kollec) təhsilli və MAXE Turqut Zeynalov İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi 1 gün sonra, sentyabrın 28-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailəsi Onun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Turqut həmçinin, subay olub.

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunacaq.

***

Lənkəranlı Əbülhəsən Həsənzadə isə 1997-ci ilin 20 avqust tarixində Havzava kəndində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri-evin böyük övladı olub.

Əbülhəsən orta-ixtisas təhsilli olub, Lənkəran İslam Kollecində oxuyub.

O, İkinci Vətən Müharibəsindən 6 gün öncə-sentyabrın 21-də səfərbərliyə cəlb edilib.

Şərəfli döyüş yolu 38 gün çəkib.

Noyabrın 4-də Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi iki gün sonra-noyabrın 6-da Havzava kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

O, həm də Havzavanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra medalla təltif olunub…

Əbülhəsən də Turqut kimi subay olub.

Adına öz kəndlərində küçə verilib.

Əbülhəsənin də Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək.

Qısa çıxışlar ediləcək, Cənnətdəki üçüncü doğum günü təbrik olunacaq.

Sonra mərasim düzənlənəcək, adına ehsan veriləcək.

Hər ikisinin də ruhu şad olsun!

Hər ikisinin də Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İşə çox ciddi ehtiyacım var…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, KOLLEC TƏHSİLLİ, HAZIRDA ALİ TƏHSİL ALAN-ÜÇ MEDALLI QAZİ AQİL AZƏR OĞLU YUSİFOV – FOTOLAR

Read Next

Ermənilərin fortifikasiya qurğuları quraşdırmağa cəhdinin qarşısı alınıb-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir