Bərdənin İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, nəşi 61 gündən sonra Əbədiyyətə uğurlanan-SƏİD ƏDİLOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bərdə rayonunun Cəyirli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səid Həsən oğlu Ədilovun Anım Günüdür.

Bu gün Səid Ədilovun Əbədiyyətə uğurlanmasından 3 il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, Şəhidin İgidliyi və Qəhrəmanlığından danışılıb, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Şəhid ailəsinin yaşadığı Cəyirli kəndində, ata ocağında Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdə və Anım mərasimində Səid Ədilovun ailə üzvləri-anası Əzizə xanım, atası Həsən kişi, tək bacısı Nərmin xanım, Şəhidin yaxınları, Bərdə, Tərtər, Ağdam, Zərdab, Ağcabədi və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Səid Ədilov 1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Bacısı Nərmin xanım bir övlad anasıdır.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif sdahələrdə çalışıb.

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub.

Və müharibənin ilk günlərində, oktyabrın 2-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 dekabr 2020-ci il tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Ailəsi isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Səid həm də subay olub.

O, eyni zamanda, Cəyirlinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:37

***

FOTOLAR:

18:37

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, evin tək oğlu-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZİYA NURMƏMMƏDOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

Qəbələdə 2 nəfər həbs olundu, polis xidmətdən xaric edildi-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir