Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalov-BU GÜN ONUN ŞƏHİDLİK MƏQAMINA UCALDIĞI, SABAH İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR… – FOTOLAR

Turqut Fikrət oğlu Zeynalov…

Bərdə rayonunun Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…

Həm də Qəhrəman Bərdənin ilk Şəhidi…

İkinci Vətən Müharibəsinin 27 sentyabr Şəhidi…

Bu gün əslən Ağdamlı, özü isə Bərdə doğumlu olan Turqut Zeynalovun Ağdərə-Suqovuşan istiqamətində Şəhadətə qovuşduğu, Şəhidlik məqamına ucaldığı günüdür…

Onun Şəhidliyindən 3 il keçir…

Sabah-28 sentyabr tarixi isə Onun Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlandığı günüdür…

Sabah Onun Anım Günüdür…

Evin-ailənin 4 övladından biri olan Turqut həm də Zeynalovlar ailəsinin böyük və subay oğlu idi…

O, eyni zamanda, kollec təhsilli, hərbçi-MAXEydi…

Şəhidliyindən sonra 3 medalla təltif olunub…

Ailəsi-valideynləri isə Onun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdə Şəhidlər Xiyabanında-27 SENTYABR-ANIM GÜNÜ QEYD EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Ruben Vardanyan Ermənistana gedərkən Laçında saxlanılaraq-BAKIYA GƏTİRİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir