Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Fikrət oğlu Zeynalovun doğum günüdür.
Turqut Zeynalovun bu gün-20 avqust 2026-cı il tarixində 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında, 10:00 radələrində Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub, qısa çıxışlar edilib.
Ailəsinə, valideynlərinə-anası Zübeydə xanıma və atası Fikrət Zeynalova Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki altıncı doğum günü, 30 yaşı təbrik olunub.
Şəhidin anası Zübeydə xanımın göz yaşları içində dediklərindən:
“Söz vermişdin ki, 26 yaşında evlənəcəyəm…Bəs, niyə sözünü tutmadın?.. Bəs, niyə elə 24 yaşında qaldın?…Bu gün 30 yaşındır…Ana da balasının doğum gününü, 30 yaşını məzarı başında keçirər?…Niyə bizi, ananı ömürlük gözləri yaşlı qoydun?… Sən heç zaman özün üçün yaşamadın…Bacıların, qardaşın, ailən üçün yaşadın…”
Məzarını ziyarətdən sonra Şəhidlər Xiyabanında Şəhidin adına Şəhidlər Xiyabanında çay-ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, Bərdəli, Ucarlı, Mingəçevirli, Tərtərli, Sabirabadlı, Hacıqabullu və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Turqut Zeynalov 1996-cı ilin 20 avqust tarixində Bərdə rayonunda sadə bir ailədə dünyaya gəlib.
Turqut Zeynalov evin 4 övladından biri idi.
Ailədə 2 qardaş, 2 bacı olublar.
Turqut eyni zamanda, evin-ailənin böyük övladıydı.
2002-2013-cü illərdə orta məktəbdə oxuyub.
Texnikum (kollec) təhsili alıb.
Həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub.
Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və müharibənin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 1 gün sonra, sentyabrın 28-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidliyindən sonra bir neçə medalla və bu ilin yayında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Turqut həm də, subay olub.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:01
***
FOTOLAR:











14:54
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





