Bu gün-27 sentyabr 2023-cü il tarixində, günorta saatlarında Bərdə rayonunun sonuncu-19-20 sentyabr Şəhidlərindən olan Şamxal Musa oğlu Həmidovun Ərədblər kəndindəki baba ocağında, yas mərasimində olduq…
Bərdəli Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və digər şəxslərlə birlikdə Şəhidimizin yaxınlarını-onu böyüdüb boya-başa çatdırmış nənə və babasını, eləcə də anasını ziyarət etdik…
Şəhidimizin anası Nailə xanıma, o cümlədən nənə və babasına, yaxınlarına başsağlığı verdik…
Onlara Allahdan səbr və dözüm arzuladıq…
Şəhidimizin ruhuna dualar etdik…
Şəhidimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…
Qeyd edək ki, Şamxal Hüseynov Nailə xanım və Musa Həmidovun tək oğlan övladı olub…
O, 2004-cü ilin oktyabr ayının 24-də Ərəblər kəndində dünyaya gəlib…
Orta təhsilini 2010-2021-ci illərdə Ərəblər kənd orta məktəbində alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2022-ci ilin oktyabrında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
Və Qarabağ iqtisadi rayonunda Azərbaycan Ordusu tərəfindən həyata keçirilən məlum lokal xarakterli antiterror təbdirləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi sentyabrın 22-də Ərəblər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
19 yaşlı Şəhidimiz həm də subay olub…
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az