Bərdənin sonuncu İkinci Vətən Müharibəsi Şəhidi-TƏBRİZ CƏFƏROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA ÇAY-EHSAN SÜFRƏSİ AÇILIDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Ağdərəli və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İlqar oğlu Cəfərovun Anım Günüdür.

Təbriz Cəfərovun bu gün-6 aprel 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından 4 il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin 25 illik qısa, lakin şərəfli ömür yolundan söz açılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi verilib.

Şəhidin məzarını ziyarətdə və çay-ehsan süfrəsində ailə üzvləri, Bərdəli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda sadə, kasıb bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, üç qardaşdan biri olub.

Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin 19 avqust tarixindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Müharibənin ilk günlərində Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Ancaq Onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 6 aydan sonra, 2021-ci ilin aprel ayında tapılıb və 6 aprel tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Təbriz həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:45

***

FOTOLAR:

14:14

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dövlət qulluğu ilə bağlı test imtahanları keçiriləcək-BU GÜN

Read Next

Ağdamda üç nəfər minaya düşdü-XİN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ ETDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir