Bəsti Cəfərova professor diplomunu aldı- FOTOLAR

Azərbaycanın tanınmış aktrisası, Xalq artisti Bəsti Cəfərova  professor diplomunu əldə edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə tanınmış sənətçinin özü bir az öncə məlumat yayıb.

O, “Facebook” səhifəsində “Gözlədiyim an nəhayət ki, yetişdi. Professor diplomunu aldım”-deyə, yazıb.

Eyni zamanda, diplomunun fotolarını paylaşıb.

Qeyd edək ki, sənətçiyə professor elmi adı 2013-cü ildə  Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən verilib.

Həmçinin, qeyd edək ki, B. Cəfərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

diplom-1

basti-cafarova

Etikxeber.az

Read Previous

“Azərbaycan faktoru Xocalı qatilinin KTMT baş katibi postunu tutmasına mane oldu”- Deputat

Read Next

Teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açdılar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir