Bəxtiyar Əliyev Astanada keçiriləcək Parlamentlərarası Forumda iştirak edəcək

Sentyabrın 26-27-də Qazaxıstanın Astana şəhərində Parlamentlərarası Forum keçiriləcək. Forumda Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ISESCO və UNESCO tərəfindən birgə təsis edilmiş forumda parlamentarilər, siyasətçilər, elmi birliklərin, medianın, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edəcəklər.

Tədbirdə üzv dövlətlərdə elm, texnologiya və innovasiyalar sahəsində idarəçiliyin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Deputat Bəxtiyar Əliyev müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Etikxeber.az

Read Previous

Daha bir güləşçimiz qızıl medal qazandı – 31-ci dünya çempionatında

Read Next

Lavrov ABŞ və Suriya müxalifətini növbəti dəfə tənqid etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir