Bəxtiyar Əliyev seçiciləri ilə növbəti qəbul keçirdi – FOTOLAR

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçiciləri ilə növbəti qəbul keçirib.

Etikxeber.az-ın məlumatına görə, görüşdə B.Əliyev seçiciləri maraqlandıran məsələləri dinləyib, onların sosial və digər məsələlərlə bağlı problemləri ilə ətraflı maraqlanıb.

Qəbul zamanı seçicilər tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib və onların bəziləri yerindəcə həll edilib.

Eyni zamanda seçicilərin ərizələri müvafiq qurumlar qarşısında məsələ qaldırılması üçün qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verilib.

Bir qrup seçici isə qaldırdıqları məsələlər həll edildiyi üçün minnətdarlıq etməyə gəldiklərini bildiriblər.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı göstərir. İşgüzar şəraitdə keçən görüşdə bir daha vurğulanıb ki, məcburi köçkünlər Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir və onunla birlikdədirlər. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdamım Quzanlı qəsəbəsində tikilmiş möhtəşəm Muğam evinə görə də dərin minnətdarlıqlarını ifadə ediblər.

baxt-1

baxt-2

baxt-3

Etikxeber.az

Read Previous

Yanacaqdoldurma məntəqəsində partlayış – YARALILARIN VƏZİYYƏTİ AĞIRDIR – NAZİRLİK

Read Next

Söyləməmişəm ki, 143 manat ay ərzində insana bəs edir … – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir