Bəxtiyar Vahabzadənin kürəkəni dünyasını dəyişdi

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.

Z. Əsədovla bu gün günorta saat 15:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

Etikxeber.az

Read Previous

Ermənini məğlub edən boksçumuz Avropa birinciliyində bürünc medal qazandı – FOTO

Read Next

Prezident Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə 21,5 milyon manat ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir