Bəxtiyar Vahabzadənin oğlu təqaüdə göndərildi…

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Etikxeber.az

Read Previous

Adına ev olanlar da sosial mənzilə müraciət edə bilərlər – EKSPERT

Read Next

Bakı və Sumqayıtda qəzalı binalarda yaşayan köçkünlərin problemləri yaxın vaxtlarda öz həllini tapacaq – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir