Bəyanat əməkdaşlığa dəstək verir – SAYYAD KƏRİM – YENİLƏNİB

Həmsədr: Mövqelərimizdə üst-üstə düşməyən məsələ Dağlıq Qarabağ məsələsidir

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr normaldır. Mövqelərimizdə üst-üstə düşməyən məsələ Dağlıq Qarabağ məsələsidir.

Etikxeber.az-ın xəbərinə görə,  bunu Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasının sonunda komitənin həmsədri Cavanşir Feyziyev deyib.

Həmsədr qeyd edib ki, digər məsələlər bağlı əməkdaşlıq davam edəcək:

“Iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək, müqavilələr imzalanacaq”.

 

***

sayyad

“Suryalı erməni qaçqınlar” məsələsi Birgə Bəyanata niyə daxil edilmədi? – AÇIQLAMA

Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim isə Milli Məclisdə (MM) keçirilən mətbuat konfransında  Komitənin Birgə Bəyanatında Ermənistanın Dağlıq Qarabağda suriyalı erməni qaçqınları yerləşdirməkdən çəkinməsinə yönəlik Azərbaycan tərəfinin təklifinin qəbul edilməməsinə münasibət bildirib.

S. Kərim deyib ki, keçirilən müzakirələrdə Avropa İttifaqı və Azərbaycan parlamentinin nümayəndələri iştirak edib, qəbul edilən Birgə Bəyannamə hər iki tərəfin iradəsini əks etdirir.

O, bildirib ki, Birgə Bəyanat səsverməyə çıxarılana qədər bir sıra düzəlişlər müzakirə edilib:

“İki parlament arasında müzakirələr üçün sağlam zəmin var. Bəyanat əməkdaşlığa dəstək verir. Dağlıq Qarabağ məsələsinə gəlincə, Bəyanatda sülh danışıqlarına dəstək ifadə olunur. Vacib məqam odur ki, münaqişənin həlli ilə bağlı açıq dialoqa dəstək verilir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Birgə Bəyanat və Tövsiyələr qəbul edildi…

Read Next

“Bu məsələdə beynəlxalq təşkilatların dəstəyi olduqca vacibdir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir