“Bəzən dərdimiz restorana getməmək, xaricdə istirahət etməməkdir…” – DEPUTAT

Yolun ortasında, işıqforda dayandığın an gəlib maşın şüşəsini silməyə cəhd edən adamlar heç şübhəsiz bütün sürücülərin əsəbi ilə oynayır. İçi mən qarışıq – hamının! Amma… “Rəşid Behbudov”dan üzü yuxarı gedən istiqamətdə aylardır bir oğlan dayanır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşən Musayev öz “Facebook” səhifəsində paylaşdığı status-yazısında qeyd edib. Status-yazını olduğu kimi təqdim edirik:

-Çox utancaqdır. Güman ki, sürücülərin qıcığını da anlayır və bu səbəbdən şüşə silmədən öncə icazə alır. Neçə dəfə müşahidə edəndən sonra bu qənaətə gəlmişdim ki, tam başqa kateqoriya insandı. Hətta, görərkən hər dəfə uzaqdan özüm çağırırdım ki, “qardaş şüşə kirlənib, gəl bir ona əl gəzdir”. Sırf pul vermək üçün. Hətta, şüşə təmiz olanda da.

1 saat öncə yenidən o yolu qalxırdım. Gördüm dayanıb. Nazik köynəkdə. Və…bu yağışda. Vaxtım var idi və maraq məni cəlb etdi deyə maşını kənara verib adamla 5 dəqiqəlik həmsöhbət olmaq istədim.

Danışırıq. Ali təhsillidir. Yetərincə zəkalı biridir. Səhərlər çalışdığı başqa yer var. Axşamlar isə beləcə yolda şüşə silir. Özünü oda-közə vurmağının əsas səbəbi isə övladının ağır xəstə olmasıdır. 4 yaşlı oğlu qan xərçəngidir…

Koordinatlarını götürdüm. Fikrim isə dağılıb qaldı oralarda. Götürəmmədim.

***

Bəzən “o çatmır – bu çatmır” düşüncəsi ilə naşükürük hamımız. Bəzən günü, həftəni, ayı – sağlamlıq daxil hər şeyimiz varkən, kimsəyə borcumuz yoxkən ötürdüyümüzdə belə gileylənirik ki, niyə artım yoxdu, yerimizdə sayırıq. Bəzən dərdimiz restorana getməmək, xaricdə istirahət etməmək, kiminsə sürdüyü maşından sürməməkdir…

Oysa, bu həyatda hər sabah övladını itirmək qorxusu ilə yaşayan, saniyə sayan, içində 24 saat kabus daşıyan biriləri var. O kəslər ki, qazanmaq deyil də, əlində olanları itirməmək çabasındadır…

Etikxeber.az

Read Previous

“Sizlərin duası sayəsində özümü yaxşı hiss edirəm” – AYBƏNİZ HAŞIMOVA – FOTOLAR

Read Next

İsfar Srabinski və Rain Sultanovun konserti olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir