Bəzi bölgələrə qar yağıb-FAKTİKİ HAVA AÇIQLANDI

Martın 25-i saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dağlanın hündürlüyü 2.6 metrə çatıb.

Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.

Etikxeber.az

Read Previous

Güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək-XƏBƏRDARLIQ EDİLDİ

Read Next

Şəhid ailələri səhhəti və maddi durumları çox ağır vəziyyətdə olan-QAZİ KƏNAN SƏMƏDZADƏ İLƏ BAĞLI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir