“Bəzi dövlət qurumlarını, nazirlik, komitələri ləğv etmə zamanıdır” – ZAHİD ORUC

Millət vəkili Zahid Oruc parlamentdə keçirilən üçgünlük büdcə müzakirələri zamanı bəzi dövlət qurumlarının ləğvini təklif edib.

Etikxeber.az xəbər verir ki, Z. Oruc qeyd edib ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv olundu:

“Onun kiçik qəlpələri isə başqa bir nazirliyə tabe olundu. Amma ötən müddətdə gördük ki, ölkənin nəqliyyat infrasturkturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarını, nazirlik, komitələri də ləğv etmə zamanıdır.  Bunun nə qədər böyük xeyrini görə bilərik”.

Onun həmçinin qeyd etdiyinə görə, bir aydır ki, büdcə sənədi təqdim olunub:

“Amma hökumət üzvlərimizin telekanallarda büdcənin şərhi ilə bağlı çıxışlarını görməmişəm”.

Millət vəkili həmçinin bildirib ki, uşaq bağçalarının dövlət tərəfindən tikintisinə son qoyulmalıdır:

“Uşaq bağçalarını artıq dövlət tikməli deyil. Bunu özəl sektorun öhdəsinə buraxmaq lazımdır…”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Harada səfirlik lazım deyil, onu saxlayırlar, amma…” – SİYAVUŞ NOVRUZOV

Read Next

Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə dəstəyin göstərilməsinə ehtiyac var – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir