“Bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər…Onlar bilərəkdən qaydaları pozurlar…”-ADİL ƏLİYEVDƏN DƏ KARANTİNDƏ TOY EDƏNLƏRƏ TƏPKİ

Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır.

Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib.

Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir.

Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.

Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər.

Qaydalardan kənara çıxırlar.

Onlar bilərəkdən qaydaları pozurlar.

Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar.

Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar.

Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın.

Adil ƏLİYEV,

Vitse-spiker

Etikxeber.az

Read Previous

“Qəsdənmi insanların əsəbləri ilə oynayıb, onları dövlətə qarşı qaldırırsız? Hüququ, qanunu qəsdənmi əzib, yararsız hala salırsınız?”-DEPUTAT BƏHRUZ MƏHƏRRƏMOVDAN TANINMIŞLARIN TOY MƏCLİSLƏRİNƏ KƏSKİN ETİRAZ

Read Next

“Sərvətləri başından aşan bir ailənin toyu-büsatı necə olmalıdır ki?”-SABİQ DEPUTAT GÜNDƏMİN BİR NÖMRƏLİ MƏSƏLƏSİNDƏN, RAMİZ MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDAN YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir