“Bəzi xəstəxanalarda generatorlar işləməyib…” – İLHAM ƏLİYEDƏN İRAD – FOTO

Azərbaycanda elektrik enerjisinin verilməsində yaranan problemə görə bu işdə günahı olan bütün insanlar cəzalanmalıdır.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə bildirib.

Onun sözlərinə görə, komissiyanın növbəti iclaslarında bu məsələ geniş müzakirə  olunmalıdır:

oktay-sirali

“Səbəblər araşdırılmalıdır. İlkin məlumat var, gərək geniş məlumat əldə edilsin. Bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. 

Bu, çox ciddi faktdır. Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə qəza baş verərsə, bu, ona təsir etməsin”.

Prezident bildirib ki, məsələ barədə tədbirlər planı hazırlanmalıdır:

“Həmin plana müşavirədə səslənən fikirlər salınmalıdır. “Azərbaycan” İES-in tam təftişi və auditi aparılmalıdır. 

Bütün enerji sistemi beynəlxalq aparıcı hesab edilən qurumlar tərəfindən təhlil edilməli və təklif verilməlidir. Bu işdə günahı olan bütün insanlar cəzalanmalıdır.

Məndə olan məlumata görə, bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da işlək vəziyyətdə olmayıb. Ona görə gərək siz ciddi təftiş aparasınız. 

Bütün ölkə üzrə xəstəxanalarda generatorların olması barədə mənə məlumat verəsiniz.

Bildiyimə görə, metroda generatorlar mövcud deyil. Bu, acınacaqlı faktdır. Tezliklə təkliflər verin. Metroda bütün stansiyalarda generatorlar olsun. Hər hansı problem yarandıqda insanlar əziyyət çəkməsin.

Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək”.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə 3-4 iyul olaylarından yazdı…

Read Next

“Utanmalısınız…”- PREZİDENTDƏN PİRVERDİYEVƏ – FOTO -VİDEO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir