Bəzi yerlərdə 43 dərəcə isti olacaq-SABAH

Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Etikxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.

Etikxeber.az

Read Previous

ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardımın ayrıldığını elan edəcək-BU GÜN

Read Next

“Şəhidlə Şəhidəm” kitabının təqdimatı Şəhid ailələrinin iştirakı ilə İmişlidə-BAŞ TUTDU – FOTOLAR -YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir