Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə-QAR YAĞACAQ…

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Gecəyə doğru yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Bakıda gecə 6-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq. 

Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə  4-7 dərəcə  isti, gündüz  12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə  isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün əlverişlidir.

Etikxeber.az

Read Previous

Daha bir həftə, daha üç Hadisə, daha üç Tarix! Sayca 36-cı Əfv Sərəncamı, humanizmin Zirvəsi!-JALƏ ƏLİYEVANIN ÖTƏN HƏFTƏYƏ BAXIŞI – (BİRİNCİ YAZI)

Read Next

Daha 1429 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir