Bəzi yerlərdə yağış, bəzi yerlərdə qar yağacaq-SABAH

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Etikxeber.az

Read Previous

AŞPA-nın qış sessiyası hibrid formatda-KEÇİRİLƏCƏK

Read Next

Quba, Cağacıq kəndi: Qəhrəmanlar ailəsi-3-CÜ DƏRƏCƏLİ “RƏŞADƏT” ORDENLİ, MAYOR ŞƏHİD İLKİN ƏHƏDZADƏ VƏ BUGÜNLƏRDƏ ORDUDAN TƏXRİS OLUNAN İKİ MEDALLI-QAZİ KƏNAN ƏHƏDOV…-FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir