Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır-FAKTİKİ HAVA AÇIQLANDI

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 08:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü: Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir.

Göygöl, Naftalan, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur və görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 3-6 dərəcə isti, (dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta), Aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta var.

Etikxeber.az

Read Previous

“İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq”-BMT BAŞ KATİBİ

Read Next

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi həbs edildi-NAXÇIVANIN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir