Bəzi yerlərdə yağış yağacaq, külək əsəcək-SABAH

Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-26° isti olacaq.Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Etikxeber.az

Read Previous

“Qarşılıqlı etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur”-ƏLİYEV KİŞİDAYA MƏKTUB GÖNDƏRDİ

Read Next

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ilk ictimai dinləmənin-SENTYABRIN 28-DƏ KEÇİRİLMƏSİ GÖZLƏNİLİR – (LAYİHƏ-TAM MƏTN)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir