Bəzi yerlərdə yağış yağacaq-SABAH

Oktyabrın 30-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Etikxeber.az

Read Previous

“…Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq…Biz düşməni torpaqlarımızdan qovmuşuq…İndi də doğma torpağımızda qurub-yaradırıq…”-İlham Əliyev yenidən Cəbrayıl və Zəngilanda-TƏMƏLATMA VƏ AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Həm Şəhid, həm də Qazi valideynləri olmağımızdan Fəxr və Qürur duyuruq”-Şəhid atası Nadim Nadirov – 29 oktyabr 2025-ci il tarixində Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-BƏRDƏLİ RƏŞAD NADİROV, QUBALI MİQDAD ABDULƏLİMOV, OĞUZLU TURAL MƏMMƏDOV, GORANBOYLU TACİR CƏFƏROVUN MƏZARLARI ZİYARƏT OLUNDU…- FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir