Bədəninin 35 yerindən xəsarət alan, bədənində hələ də 60-çox qəlpə qalan-İKİ MEDALLI İGİDİMİZ – QAZİ TƏRLAN AZƏR OĞLU BABAŞOV! – FOTOLAR

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Qazimiz…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin daha bir Dastan yazan Qəhrəmanı, İgidi, Qazisi…

Babaşov Tərlan Azər oğlu…

15.05.1994-cü il doğumlu…

Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan hərbçi-Baş leytenant…

Tərlan 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub və Akademiyanı müvəffəqiyyətlə başa vurduqdan sonra, 2016-cı ildən Azərbaycan Ordusunun sıralarında müxtəlif vəzifələrdə xidmət edib…

Son xidmət yeri n saylı hərbi hissədə, əlahiddə 120m minaatan baterya komandiri vəzifəsində olub…

Tərlan da digər İgidlərimiz, Qəhrəmanlarımız, Vətən sevdalılarımız, Zabitlərimiz kimi, İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə atılıb…

Tərəddüd etmədən, çəkinmədən…

Döyüşüb, vuruşub, Qəhrəmanlıqlar, İgidliklər göstərib…

İgidimiz döyüş yolunu belə xatırlayır:

“İkinci Vətən Müharibəsində, tarixi Qələbəmizdə bizim də az da olsa, qatqımız, xidmətimiz oldu… Gozəl Allahım bunu bizə nəsib etdi… Böyük Yaradanım mənə öz bölməmlə düsmənin bir çox mövqelərini və zirehli texnikasını, o cümlədən, canli qüvvəsini məhv etmək şansını verdi… Qismətimizdə də Səhid deyil, Qazi olmaq var idi, var imiş…Qazi olduq, Qazi oldum…Bundan da qürur, şərəf duyuram… Yenə döyüş olsa, yenə canım millətimə, dövlətimə, Vətənimə qurbandır.

Mən sentyabrın 30-da, Füzuli-Xocavənd istiqamətində döyüşlərin ən qızğın vaxtında, düsmən eşalonunun yeni ön xəttini yarama əməliyatında ağıır yaralanadım, 2 Şəhid verdim, bir neçə yaralımız oldu…İndi də bəzən məyus oluram ki, çox tez yaralandım, bölməmdən ayrı düşdüm, axıracan döyüşə bilmədim…Könül istərdi ki, sona qədər öz bölmənin başında olasan, onlarla axıracan çiyin-çiyinə vuruşasan…Amma… Bu da görünür bir qismətdir…

Dediyim kimi, döyüşlərdə çox agır yaralanmışdım, bədənimdə-35 yerdən xəsarət almışdım…Kəllə- beyin traması, sağ qolda Nizarov apartı…Bədənimdə hazırda 60-dan cox qəlpə var…”.

İgidimiz yaralandıqdan sonra Agcəbədi rayonundakı hospitalda, sonra “Semaşko” və daha sonra “Papanin” adlanan hospitalda yatıb, müalicə, müayinə, əməliyyat olunub…

5 aydan çoxdur ki, müalicə-müayinəsi davam etməkdə, səhhətində az da olsa, irəliləyişlər hiss olunmaqdadır…

Hazırda isə Buzovnadakı Sanatoriya və Reabilitasiya Mərkəzində reabilitasiyadan keçir…

Subay olan İgidimiz Qəhrəmanlığına, İgidliyinə görə də Ali Baş Komandan tərəfindən iki medalla təltif olunub…

Həm “Çəsur döyüşçü”, həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə…

Bəli, fəxr, qürur hissi keçiririk ki, xalqımızın belə İgidləri, Tərlan kimi Qəhrəmanları var…

Hər biri fəxrimiz, qürurumuzdur!

Allah hər birini qorusun, bütün Qazilərimizə, o cümlədən, Qazi Tərlana özü kömək olsun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Klaarla görüşdə-NƏ DEDİ? – FOTO

Read Next

Yoluxmada yenidən kəskin artım-515 – DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir