“Bələdiyyə sədrləri oğrudursa, tutulmalıdır da?” – FƏZAİL İBRAHİMLİ – YENİLƏNİB

Tahir Rzayev: Bələdiyyə sədrlərinə oğru kimi baxırlar

Biz bələdiyyələri qorumalıyıq. Amma bunun əvəzində hər il bələdiyyə üzvlərinin və bələdiyyə sədrlərinin məsuliyyətə, istintaqa, məhkəməyə çəkilmələrində artımı müşahidə edirik.

tahirrr

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev bildirib.

O, qeyd edib ki, bu kimi faktlar insanlarda bələdiyyələrə, bələdiyyə üzvlərinə inamı sarsıdır:

“Bunlar insanların, yerli əhalinin bələdiyyələrə olan inamını azaldır. Hesab edirəm ki, artıq hər adi məsələyə görə bələdiyyə üzvlərini, bələdiyyə sədrlərini istintaqa, məhkməyə, məsuliyyətə cəlb etmək lazım deyil. Artıq bələdiyyə sərdlərinə oğru kimi baxırlar. Bu, düzgün deyil. Bu tendensiyaya son qoyulmalıdır”.

***

“Bələdiyyələr, bələdiyyə sədrləri oğrudursa, tutulmalıdır da? Burada nə güzəştdən söhbət gedə bilər?!”.

Bunu isə millət vəkili Fəzail İbrahimli deyib.

“Boynubükük, qulağısallax bələdiyyə sədrinə kim hörmət qoyacaq? Onu Bələdiyyələrlə İş Mərkəzi də çək-çevirə salacaq , icra başçısı da əzəcək”-deyən millət vəkili bildirib ki, amma diri, özünəinamı olan, işini düzgün quran bələdiyyələrə, bələdiyyə sədrlərinə isə heç kim heç nə edə bilmir və edə bilməz:

“Mən bələdiyyələrə, bələdiyyə üzlərinə, bələdiyyə sədrlərinə qürur, şux qamət arzu edirəm. Nəfslərinə deyil, ağllarına önəm versinmlər. Bilirsiniz, Sov.İKP Mərkəzi Komitəsinə Stalin də rəhbərlik etdi, Çernenko da. Bələdiyyə sədrləri özlərini Çernenko kimi aparanda  təbii ki, vəziyyət gəlib bu yerə çıxacaq. Ona görə bələdiyyə sədrləri özlərinə hörmət qoymağı bacarmalıdırlar. Özünə hörmət qoymayan insana da heç kim hörmət qoymayacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Məlahət İbrahimqızı ilə Şahin İsmayılov MM-in komitə sədrinin müavini olacaqlar

Read Next

“Sizin heç məlumatınız yoxdur… ” – ARİF RƏHİMZADƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir