“Bələdiyyələrə rəhbərlik üçün idarəçilik bacarığı, yüksək intellekt olmalı idi…” – DEPUTAT

Bələdiyyələrin səmərəli fəaliyyətinin digər bir şərti isə onların seçkili olmasıdır. Yerli özünüidarəetmə orqanlarının dövlət qurumlarından fərqi məhz seçkili olmaları ilə əlaqədardır. Ölkəmizdə bu günə qədər dörd bələdiyyə seçkiləri keçirilib. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmayıb. Təbii ki, bu işlə məşğul olmaq – bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmayıblar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Kamran Bayramov deyib.

Onun sözlərinə görə, lakin 2009-cu ildə keçirilən seçkilərin nəticələri göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçildi, onların arasında ali təhsillilərin, gənclərin, qadınların sayı artmışdı.

“Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində göstəricilər daha da yüksək oldu. 2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,9 faiz olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artmış, onların 38,9 faizi seçkilərdə iştirak etmiş, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstərmişdir. 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötmüşdü. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdu.

O zaman 1607 bələdiyyəmiz və 15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi.  2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni zamanda, qadınlar sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz, seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar. Bu ilin dekabr ayına təyin edilmiş sayca beşinci bələdiyyə seçkiləri, zənnimcə, yuxarıda qeyd etdiyim göstəriciləri daha da üstələyəcək və insanlarımızın bələdiyyə orqanlarına diqqətin və marağın daha çox artdığını göstərəcək…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Məktəb seminarları”na start verildi – FOTO

Read Next

60 yaşlı Xalq artisti – “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF OLUNDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir