“Bəlkə yenə də atan, yaxud da atdıran kazaklardır…”-SAHİB ALIYEVDƏN SƏRT ETİRAZ – YENİLƏNİB

Ağdamda baş verən insidentlə bağlı Rusiyanın açıqlaması regionda yaranmış yeni reallığı özündə əks etdirmir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bugünkü iclasında parlamentin İctimai bilrliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları regiona sülhü təmin etmək üçün buraxılıblar.

“Nədən onlar bunu unudurlar?” – deyə, S. Alıyev vurğulayıb.

***

Çıxışın-TAM MƏTNİ:

-Mən buradan 44 günlük savaş zamanı üzərinə 16277 mərmi, 21 qadağan olunmuş raket yağdırılan, təkcə göstərdiyi dəyanətlə deyil, həm də üzləşdiyi dağıntıyla da “Azərbaycanın Stalinqiradı”na çevrilən Tərtərin deputatı olaraq həmən dağıntıların nəticəslərinin aradan qaldırılması və zərər görənlərə kompensasiyanın ödənilməsiylə bağlı ard-arda 4 Sərəncam imzalayraq özünün ehtiyyat fondundan  42 milyon manat  ayrıan cənab Prezidentə təşəkkür edirəm.

Eyni zamanda həm öz adamıdan, həm də dünən görüşdüyüm onlarla seçicinin adından  Tərtərin Dağlıq Qarabağ İqtisadi rayonunun  mərkəzindən Qarabağ İqtisadi rayonunun  bir parçasına çevrilməsini təsbit və təsdiqliyən Fərmanına görə də dövlət başçımıza “Var olun”!- deyirəm.

Bu, bolşeviklərdən qalma uydurma Dağlıq Qarabağ anlayışının tarixin zibilliyinə atılmasının artıq rəsmi səndlə də təsdiqlənməsidir ki, məmnunluq doğurmaya bilməz. Eyni zmanada o da məmnunluq doğurmaya bilməz ki, dövlətimizin inzibati ərazi vahidlərindən biri də Şərqi Zəngəzur adlandırılır. İqtisadi mahiyyət daşımaqla yanaşı hesab edirəm ki, bu həm də çox mühüm siyasi və geosiyasi çəksisi olan, tarixi gerçəklərə,  Şuşa Bəyannaməsiylə daha da möhkəmlənən mövqeyimizə, Azərbaycanın bugünkü qüdrətinə dayayan  və möhtəşəm gələcəyinə hesablanan bir addımdır.

Nəslinin bir qolu da  Zəngəzurda yaşamış, sonra da bəlli səbəblərdən Naxçıvana, Azərbaycanın digər yerlərinə üz tutmuş  biri kimi  istərdim soruşam ki, nədən bəzi çevrələr yenidən hayları zorla  gəlmə olduqları torpaqlara geri qaytarmağa, qaytardıqlarının sayının olduğundan  iki dəfə artıq təqdim etməyə çalışdıqları halda, bizim də belə bir haqqımızın  varlığını unudurlar. Axı elə həmən Zəngəzurun vahid bir orqanizm olduğu, şərqindəki kimi qərbində də əsrlər boyu  məhz azərbaycanlıların yaşadıqları heç kimə sirr deyil.

Yeri gəlmişkən, Paşinyanın Moskvaya çağrılması ərəfəsində Ermənistan-Azərbaycan sərhədində və Qarabağda baş verən isidentlər də sual doğurmaya bilmir? Aydındır ki, Kəlbəcərdə, Tovuzda və Ağdamda xidmət edən hərbiçilrimizin atəşə tutulması təxribatdır. Amma kimin təxribatı, bəlkə yenə də atan, yaxud da atdıran kazaklardır. Əgər kazaklar deyilsə, onda Ağdamda baş verən insidentlə bağlı  Qarabağdakı Rusiya hərbi kontingentinin komandanlığının açıqlaması nədən regionda yaranmış reallığı özündə əks etdirmir? O açıqlamada Dağlıq Qarabağdan, Martunidən  söhbət gedir. Sual  olunur: hansı Dağlıq Qarabağ, hansı Martuni, bizdə axı belə bir ərazi vahidləri yoxdur.

Və Qarabağdakı Rusiya hərbiçiləri  belə bir anlayışın olmadığını bildirən dövlətin başçısının izniylə oradadırlar. Azərbaycan torpaqlarına onlar məhz sülh yaratmaq, Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini, terrorçu ünsürləri  oradan çıxarmaq üçün buraxılıblar. Nədən bu, yaddan çıxarılır?

Hər kəs anlamalıdır ki,  artqı kimsə bu regionda  münaqişə ocaqalrını qoruyub saxlamaq və yenilərini yaratmaqla öz məqsədlərinə çata bilməyəcək ki, bunu cənab İlham Əliyevin 24-cü İqtisadi Zirvə Toplantısına göndərdiyi təbrik məktubunda  Şuşa Bəyannaməsiylə bağlı fikirlər də təsdiqləyir.

Və hər kəs onu da anlamalıdır ki, “Kanada ABŞ-a özündən daha yaxındır” deyimində olduğu kimi, Ermənistan da əslində Azərbaycana özündən daha yaxındır.

Xankəndi  və ətrafındakı bir neçə yaşayış məntəqəsində gəldikdə isə onlar Qarabağ iqtisadi rayonunun bir parçasıdırlar ki, orada yaşayanlar bunun nə demək olduğunu dərindən anlasalar, özləri özlərini təbrik edə bilərlər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası: NİGAR ARPADARAİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI MƏSƏLƏNİ, RƏŞAD MAHMUDOV ASTARANIN SU PROBLEMİNİ QALDIRDI, NÖVBƏDƏNKƏNAR SESSİYA BAŞA ÇATDI – YENİLƏNİB – (3)

Read Next

Yoluxmada yenidən artım-174 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir