Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərinindən daha ikisinin-Asəf Əsgərov və Səid Ədilovun ailəsini ziyarət…ŞƏHİD SƏİD ƏDİLOVUN AİLƏSİNİN YAŞADIĞI EVİN VƏZİYYƏTİ İLƏ KİMSƏ MARAQLANACAQMI, KİMSƏ PROBLEMİ ARADAN QALDIRMAĞA ÇALIŞACAQMI? – FOTOLAR

Daha iki İkinci Vətən Müharibəsi Şəhidimizin ailəsini ziyarət etdim dəqiqələr, saatlar öncə…

14 iyul 2022-ci il tarixində, axşam saatlarında daha iki Şəhidimizin ailə üzvlərinə baş çəkdim…

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, tək və subay oğlu Səid Həsən oğlu Ədilovun və evin 3 oğlan övladından biri, peşəkar hərbçi, Gizir, iki oğul, iki İgid atası, “Qarabağ” ordenli Asəf İlqar oğlu Əsgərovun ailə üzvləri ilə yenidən bir araya gəldim…

Hər iki Şəhid ailəsini ziyarətim 3 saatdan çox çəkdi…

Həm Səidin valideynlərinə, atası-Həsən kişi və anası Əzizə xanıma, həm də Asəfin həyat yoldaşı Aydan xanıma bir daha Allahdan səbr və dözüm dilədim, bir daha onlara “Şəhidlərimizin, Səidlərin, Asəflərin məkanları cənnətlik olsun! Ruhları qarşısında baş əyirəm!”-dedim…

Hər zaman Şəhidlərimizə, onların valideynlərinə, ailə üzvlərinə borclu olduğumu və olduğumuzu bildirdim…

Eyni zamanda, onların-Şəhidlərin və ailələrinin borcundan çıxa bilməyəcəyimi və bilməyəcəyimizi dilə gətirdim…

Hər iki Şəhidimizin ailə üzvləri ilə bir daha dərdləşdim, söhbətləşdim…

Qeyd edim ki, Cəyirli kəndindən olan Şəhid Səid Ədilovun ailəsinin yaşadığı evin üstü mart ayında güclü külək nəticəsində uçub-dağılıb…

Üstündən 4 ay keçməsinə baxmayaraq, evin üstü hələ də o vəziyyətdə qalır…

Evin üstünü düzəltməyə də Qürurlu və Məğrur Şəhid ailəsinin maddi durumu imkan vermir…

“YAŞAT”-ın ayırdığı vəsait də çox azdır…

Bərdənin bütün aidiyyatı orqanları və məsul şəxslərinin də məsələdən, problemdən xəbərləri var…

Amma daşı daş üstünə qoymaq, Yaralı, Dərdli Şəhid ailəsinə kömək etmək üçün heç addım atmaq istəmirlər…

Heç addım atmaq fikirləri də yoxdur bu gedişlə…

Bu isə həm Şəhidin ruhuna, həm də tək oğul övladlarını itirmiş Şəhid valideynlərinə açıq-aşkar sayğısızlıq, hörmətsizlikdir…

Və bu biabırçı durum tezliklə aradan qaldırılmalı, aradan götürülməlidir…

Canını Vətən yolunda fəda etmiş Şəhidin ailəsinin yaşadığı evin üstü, eyni zamanda, digər əyər-əskiyi düzəldilməlidir…

Bunu etmək hər kəsin, o cümlədən məsul şəxslərin və aidiyyatı orqanları borcu, vəzifəsidir!

Borcunuzu yerinə yetirin, cənablar, yoldaşlar-borcunuzu!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Vətənin təəssübünü yalnız kasıb ailələrdə, daxmalarda böyümüş-ŞƏHİD QOHUMU SADİQ KİMİ OĞLULLAR CƏKƏ BİLƏR… – FOTOLAR

Read Next

Paytaxt yollarında sıxlıq olan küçə və prospektlər-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir