Bərdənin Aprel döyüşləri Şəhidləri anıldı, tədbir keçirildi-BAŞ LEYTENANT, BİR ÖVLAD ATASI ZİYA HƏSƏNOVUN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün Aprel döyüşləri Şəhidlərindən olan Ziya Niyazi oğlu Həsənovun, eləcə də həmin döyüşlərdə həlak olmuş digər Bərdəli Şəhid Səbuhi Musayevin Şəhidliyinin 6-cı ildönümü ilə bağlı Milli Qəhrəman Səfiyar Behbudovun adını daşıyan 6 saylı tam orta məktəbdə Anım tədbiri keçirilib.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Şəhid Ziya Həsənov ailəsi ilə birlikdə Bərdənin Lək kəndində yaşayıblar.

Ziya 1989-cu ilin 11 oktyabr tarixində dünyaya gəlib.

Ailədə 3 övlad-iki qardaş, bir bacı olublar.

O, əvvəlcə Cəmşüd Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

2012-ci ildə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təlimlərdə fərqlənib, sonralar isə cəbhə xəttində tağım komandiri, Leytenant kimi fəaliyyət göstərib.

2015-ci ildən Baş leytenant hərbi rütbəsini daşıyıb.

Sonra ailə vəziyyəti ilə əlaqədar Beyləqandakı N saylı hərbi hissəyə tağım komandiri təyin edilib.

2016-cı ildə Aprel döyüşlərində iştirak edib və Lələtəpə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Şəhidliyi xəbəri ailəsinə aprelin 4-də xəbər verilib və nəşi ayın 5-də Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Ziya həm də ailəli olub.

Şəhidliyindən sonra bir qız övladı-Yağmuru dünyaya gəlib.

1987-ci il doğumlu, bir övlad atası Şəhid Səbuhi Musayev isə Talış kəndi istiqamətində döyüşlərdə Şəhid olub və doğulub boya-başa çatdığı Mustafaağalı kənd qəbiristanlığında dəfn olunub.

O, “İgidliyə görə” medalı ilə təltif olunub.

***

Tədbirdə məktəbin müəllim və şagird heyəti, Bərdədən olan Şəhid ailələri, Qazilər, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri və başqaları iştirak ediblər.

Qeyd edək ki, tədbirdən öncə Bərdə rayon Şəhidlər Xiyabanı, Aprel döyüşləri Şəhidlərindən olan Ziya Həsənovun məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, çıxışlar edilib.

6 saylı məktəbdə keçirilən tədbir zamanı isə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra hər iki Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə cəmi Şəhidlərlə birlikdə Aprel döyüşləri Şəhidlərinin İgidliyindən, Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizə gedən yoldakı xidmətlərindən danılıb.

Onlarla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Tədbirdə Şəhidlərlə bağlı məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar, rəqslər ifa edilib, səhnəcik nümayiş etdirilib.

Eyni zamanda, Şəhid ailələrinə, Qazilərə hədiyyələr, diplomlar təqdim olunub.

Tədbir iki saata yaxın davam edib.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

13:06

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Pakistanın Baş naziri-İSTEFA VERDİ VƏ…

Read Next

Ordumuzun mövqeləri yenidən atəşə tutuldu-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir