“Bəxtiyar Vahabzadənin bu on illikdə yeri çox görünür… ” – ANAR – FOTOLAR

Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayaraq deyib:

“Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçir, onun bu on illikdə yeri çox görünür. O, xoşbəxt şair idi. Onilliklər keçsə də o, hər zaman yaddaşlarda yaşayacaq”.

baxtiyarrrrr

TİKA-nın Bakı üzrə əlaqələndiricisi Teoman Tiryaki isə Bəxtiyar Vahabzadənin istiqlal şairi olduğunu bildirib.

Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışında Xalq şairi haqqında öz düşüncələrini bölüşüb. O, Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğulayıb.

Tədbirdə Xalq şairinin “Əlvida” şeirini səsləndirdiyi lent yazısı təqdim olunub.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığına nəzər salıb.

Ədəbi-bədii gecə “Özümüzü kəsən qılınc” əsərinin nümayişi ilə davam edib.

Gecədə Xalq artistləri Flora Kərimova, Gülyaz Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Etikxeber.az

Read Previous

İranda növbəti terrakt: ÖLƏNLƏRİN SAYI 41 NƏFƏRƏ ÇATDI – FOTO

Read Next

“İnter”in kapitanı dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir