Bəzi yerlərdə yağış yağacaq-SABAH

Mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

Ermənistan silahlı qüvvələri Laçında ekskavatorumuzu atəşə tutdu-MN

Read Next

“9 saat yaralı vəziyyətdə qaldım, sonra…”-ƏSLƏN İSMAYILLI RAYONUNDAN OLAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, ÜÇ MEDALLI, BƏDƏNİNDƏ HƏLƏ DƏ QƏLPƏLƏR QALAN VƏTƏN SEVDALISI MİRMÖVSÜM MÖVSÜMZADƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir