Babək rayonunun ərazi bölgüsündə dəyişiklik edilir-MƏSƏLƏ MM-İN KOMİTƏSİNDƏ MÜZAKİRƏ VƏ PLENARA TÖVSİYƏ OLUNUB -YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclası olacaq.

Etikxeber.az-a MM-dən verilən məlumata görə, iclasda bir məsələ müzakirə olunacaq.

Komitə üzvləri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi məsələsini müzakirə və plenar iclasa tövsiyə edəcəklər.

Dəyişikliyə əsasən, Babək rayonunda iki kəndə qəsəbə, rayonun mərkəzinə isə şəhər statusunun verilməsi gözlənilir.

İclasa komitənin rəhbəri Siyavuş Novruzov sədrlik edəcək.

09:54

***

 iclası açan komitə sədri S. Novruzov gündəlik haqqında məlumat verib.

Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun  layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.

Komitə sədri dedi ki,  Ümummilli lideri Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.

Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərinin tarixindən danışıb, Muxtar Respublikanın bu bölgəsindəki sosial-iqtisadi inkişafdan bəhs edib. Babək qəsəbəsininə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Babək qəsəbəsi ümummilli lider tərəfindən 1978-ci ildə yaradılıb. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir. 

Bildirilib ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşıb, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.

Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda sənəd MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

“İki gündə hansı ərazidə qanun pozuntusu olubsa, oranın bələdiyyəsi ilə millət vəkili cəriməni ödəsin”-TANINMIŞ HÜQUQ MÜDAFİƏÇİSİ QƏZƏBLƏNDİ

Read Next

“Hələ bizi qarşıda yeni sınaqlar gözləyir…”-FATMA YILDIRIMDAN NÖVBƏTİ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir