Babək prospekti və Məhəmməd Hadidə hərəkət məhdudlaşdırıldı – “AZƏRAVTOYOL”

Bakıda Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Etikxeber.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq M.Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

“Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək. Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur” – deyə, məlumatda vurğulanıb.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi 110 dəfə pozulub

Read Next

Ekvador da “Lenin” dedi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir