Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayrılacaq – NAZİR

Babil 2020-ci ildə normal vəziyyətə qayıdacaq.

Etikxeber.az xəbər verir ki, bu fikri İraqın mədəniyyət naziri Abdul Amir əl-Həmədani söyləyib.

Babil şəhərinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasından məmnunluğunu bildirən İraqın Mədəniyyət naziri bunu ölkəsinin mədəni irsinə olan diqqət kimi dəyərləndirib. Bildirib ki, İraq İŞİD üzərində qələbə qazandıqdan sonra bu ərazilərə tam nəzarəti həyata keçirir. Turistlərin buraya cəlb edilməsi üçün ərazidə bərpa işləri aparılacaq.

“Biz UNESKO-nun Dünya İrs Mərkəzinə söz verdiyimiz kimi, Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayıracağıq” – deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim etdi…

Read Next

“Biz unutmamalıyıq ki…” – BAHAR MURADOVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir