Bağçalı Əliyevə-ZƏNG ETDİ

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam bərpa olunmasının önəmini bir daha vurğulayıb.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.

Etikxeber.az

Read Previous

“Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Sabit və firavan Cənubi Qafqazın inkişafı naminə Brüssel prosesi çərçivəsində üçtərəfli görüşü bərpa etməklə bağlı Azərbaycan tərəfinin öhdəliyini alqışlayıram”-ŞARL MİŞEL İLHAM ƏLİYEVLƏ DANIŞDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir