Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Etikxeber.az-a verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 852 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 267 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 5 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 145 min manatdan artıq kompensasiya verilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 217 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 926 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 143 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 420 mln. 272 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 706 mln. 765 min manatdan artıq kompensasiya ödənilib.
Etikxeber.az