Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müğənnicikləri niyə qınıyırsınız ki???…Onları “müzakirə mövzusu”na çevirib biabır edən “hər şeyə qadir olan” aparıcılardı.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış telejurnalist Telli Pənahqızı deyib.
Qeyd edib ki, qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır.
“Çalıb- oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gici məsləhətlər verib, insanlıqdan çixaran da elə “aparıcılar!!!”dı. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir!
Bağlayın, bu proqramları, cənab TV sahibləri! Camaatın əsəbi ilə bu qədər oynamaq olmaz!
Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirtməyin!
Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin!
Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu, göz görəsi milləti təhqirdir!!!”-deyə, o, sonra əlavə edib.
Etikxeber.az





