Bahar Muradova, Əflatun Amaşov, Qənirə Paşayeva, Zahid Oruc, Musa Urud … – SİYAHI

Ötən ilin fəal deputatları: nəticələr açıqlandı

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2017-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün qurum üzvləri – parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında rəy sorğusu keçirib.

bahar muradova-son foto

amasov-metbuat-aflatun

GANIREEEE

zahiddd

VAHİD-2

sahibaaaa

musa-urud

ali-masimli

azay-10

flora-1

Eldarrrrr

qudrat

fazil-mustafa-2

malahat-1

siyavush

tahir-karimli

ziko-ziyafat

PJB-nin sədr müavini Aqil Aslanın Etikxeber.az-a verdiyi məlumata görə, sorğu 4 nominasiya üzrə aparılıb.
Sorğu nəticəsində Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib.
Millət vəkilləri Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Zahid Oruc, Əflatun Amaşov və Tahir Kərimli Milli Məclisin 2017-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində fəal iştirak edən deputat nominasiyası üzrə qalib olublar.
Seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar siyahısında Qənirə Paşayeva, Yevda Abramov, Çingiz Qənizadə və Flora Qasımova yer alıb.
Ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar adını isə Fuad Muradov, Bahar Muradova, Ziyafət Əsgərov, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili, Eldar Quliyev və Sahibə Qafarova qazanıb.
Qanunvericlik təşəbbüsü ilə çıxış edən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və Musa Quliyev digər həmkarlarından fərqlənərək bu nominasiyanın qalibi olublar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vəli Axundovdan gənc qələm sahiblərinə gözlənilməz jest – YAZICI YAZIR

Read Next

Qazaxıstanda avtobus faciəsi: 52 NƏFƏR YANARAQ ÖLDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir