Bahar Muradova: Forumun siyasi və iqtisadi dividentləri Azərbaycan üçün çox vacibdir

Dünya İqtisadi Forumunun siyasi və iqtisadi dividentləri Azərbaycan üçün çox vacibdir. Azərbaycan Dünya İqtisadi Forumuna əhəmiyyət verməkdə haqlıdır. Bu da Prezident İlham Əliyevin bu kimi toplantıların gücünü və imkanlarını düzgün dəyərləndirməsinin nəticəsidir.

Bu fikri Etikxeber.az-a  Milli Məclis (MM) sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, heç bir ölkə özü-özünə qapalı, öz daxilində inkişafa nail ola bilməz. Dünyanın əldə etdiyi nailiyyətlər, dünya təcrübəsində əldə olunan nəticələr hər kəs üçün öyrənməyə gözəl imkanlar yaradır. Eyni zamanda, hər bir ölkə Dünya İqtisadi Forumunda özünün əldə etdiyi uğurları, təcrübəni təqdim edə bilir. Bu da ölkəyə diqqəti artırır.

Vitse-spiker qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlətimizin başçısı ən vacib müzakirələrdə hər zaman məruzəçi kimi çıxış edir. Onun dünyada gedən siyasi və iqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Bu sahədə Azərbaycan təcrübəsi, müasir Azərbaycan iqtisadiyyatı modelinin əldə etdiyi nailiyyətlər dünyanın diqqət mərkəzindədir.

B. Muradova hesab edir ki, Azərbaycan Dünya İqtisadi Forumunda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına töhfəsini verir. Forum çərçivəsində aparılan müzakirələrdən nəticələr çıxarılır və bu da siyasi, iqtisadi konsepsiyalarda əksini tapır. Azərbaycanın üzləşdiyi bir sıra iqtisadi çətinliklərin aradan qaldırılması üçün də yeni imkanlar araşdırılır.

Milli Məclis sədrinin müavininin sözlərinə görə, İ. Əliyevin Forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər əməkdaşlığın inkişafına, ölkəmizə investisiya axınının çoxalmasına, Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına böyük zəmin yaradır.

Etikxeber.az

Read Previous

Cavid Qurbanov: “Biz istəyirik ki, İsveçə tez çataq, amma…

Read Next

1 milyonluq rüsum (lisenziya)…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir