Bahar Muradova-KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARINDAN DANIŞDI, YENİ DEPUTATLARA UĞURLAR ARZULADI

Artıq Konstutusiya Məhkəməsi 2020 ci il fevralın 9 da Milli Məclisə (MM) erkən seckilərin nəticələrini təsdiq etməklə bu vacib siyasi kampaniyaya yekun vurdu. Coxsaylı beynəlxalq və yerli müşahidəcilərin ümumən beynəlxalq standartlara və Azərbaycanın secki qanunvericiliyinə uyğun kecirilməsinə dair rəyləri ilə qiymətləndirilən bu seckilər bütün müsbət və bəzi hallarda neqativ dəyərləndirmələrinə rəğmən, demokratik islahatların tərkib hissəsi olmaqla böyük əhəmiyyət daşıyan bir siyasi kampaniya kimi tarixə qovuşdu.

Etikxeber.az xəbər verir ki, bunu 4 dəfə millət vəkili olan, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvü Bahar Muradova deyib.

“Bir necə gündən sonra Vl cağırış Azərbaycan Milli Məclisi özünün ilk iclasına toplaşacaq və parlamentimizin rəhbər orqanları formalaşacaq. 100 ildən artıq şərəfli tarixə malik, özünün konstitusion funksiyalarını növbəti dönəmdə yerinə yetirmək ücün yenidən formalaşan Azərbaycan Parlamentinə həyata kecirəcəyi bütün işlərdə uğurlar arzulayıram. Eləcə də yenidən və ilk dəfə secilmiş millət vəkillərini ürəkdən təbrik edir, dövlətimizin inkişafı və xalqımızın riffahı naminə fəliyyətlərində nailiyyətlər diləyirəm! Tanrı Azərbaycanımızı qorusun!!!”-deyə, B. Muradova əlavə edib.

Qeyd edək ki, B. Muradova 2000-2020-ci illərdə MM-in üzvü olub.

2005-ci ildən-3-cü çaırışdan bu yana son 15 il ərzində vitse-spiker və MM-in komitə sədri vəzifəsində çalışıb, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri olub.

Mediada və parlamentdə fəallığı və aktivliyi ilə seçilən, fərqlənən millət vəkillərindən olub.

Sonuncu-6-cı çağırış seçkilərdə isə iştirak etməyib…

Etikxeber.az

Read Previous

“Nəticədə rayonumuzda təhsil sahəsində göstəricilər daha da yüksələcək…” – SAHİBA QAFAROVADAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Read Next

Milli Məclisin “müstəqil”ləri: 121 DEPUTATIN 39-U BİTƏRƏF MİLLƏT VƏKİLLƏRİDİR – ARPADARAİ, ƏLİYEVA, PAŞAYEVA, ORUC, BAYRAMOV, NURULLAYEVA, ƏHMƏDOV, KƏRİMLİ, ƏHMƏDOVA… – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir