Bahar Muradova, Qənirə Paşayeva, Zahid Oruc, Vahid Əhmədov … – SİYAHI

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Etikxeber.az-ın xəbərinə görə, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər.

Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur:

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc Əli Hüseynli olub.

Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

baharrrrr-222222222222222222

GANİRA-MM

zahid-1

vahid-kamil-4

trend_tedbir_aflatun

Ahliman

siyaqus

ali-masimli

ulvi

qudrat-2

sevinccccccc

eli_huseynli_esas_55

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli Ülvi Quliyev olub.

Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili Sevinc Fətəliyevadır.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov Əflatun Amaşov olub.

Aqil Aslan qeyd edib ki, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli və Qənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

2018-ci ilin yekunlarına dair hesabat verdi – XİN

Read Next

Prezidentlə xanımı Sumqayıtda açılışda – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir