Bahar Muradova şəhid Zəhradan və onun qardaşından yazdı… – FOTOLAR

Füzuli rayonundan millət vəkili olan Milli Məclisin (MM) sədr müavini və parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova erməni vandalları tərəfindən qətlə yetirilən 2 yaşlı şəhid Zəhradan yazıb.

Etikxeber.az-ın xəbərinə görə, vitse-spiker öz “Facebook” statusunda bunları qeyd edib:

“Füzuli rayonunun Ermənistan silahlı qüüvvələrinin işğalı altında olan ərazisindən təmas xəttinə yaxın Alxanlı kəndində yaşayan dinc insanları atəşə tutması nəticəsində öz həyətlərinə yaxın yerdə oynayan 2 yaşlı Zəhranın ölümü dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan Azərbaycan dağlıq qarabağ münaqişəsinə və Ermənistanın təcavüzkar siyasətinə yönəltdi.

İndi onun ailəsində bu dəhşətli cinayətdən sonra doğulan Murad böyüyür.

TANRI MURADLARINA YETİRSİN!!!”.

Qeyd edək ki, B. Muradova həmçinin Zəharının məzarını ziyarət edib, ailəsinə baş çəkib və fotolar paylaşıb.

Fotoları da təqdim edirik:

bahar-6

bahar-7

Etikxeber.az

Read Previous

Azərbaycanda “Yüksəliş” müsabiqəsi təsis edilir – SƏRƏNCAM

Read Next

Gənclər Yay Olimpiya Festivalı – 10-CU QIZILIMIZ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir