Bahar Muradovanın qızı Milli Məclisdə çıxış etdi…

Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməkdədir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova iyunun 1-də parlamentdə “Mənim səsim – mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən Dəyirmi masada çıxış edərkən deyib.

Bu gün bütün dünyada, o cümlədə Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edildiyini xatırladan B.Muradova qeyd edib ki, Azərbaycan bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşır.

O, deyib ki, Azərbaycan dövlətinin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır.

B.Muradova əlavə edib ki, uşaqların daha firavan yaşaması üçün atılan addımlardan biri də 2009-cu ildə ölkədə “Uşaq ili”nin elan edilməsi olub.

Bu il həm də Uşaq Forumunun keçiriləcəyini deyən MM sədrinin müavini bildirib ki, həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq.

Yeri gəlmişkən qeyd edək ki, B. Muradovanın qızı Nigar Quliyeva da Dəyirmi masa iştirakçıları arasında olub və qısa çıxış edib.

O, çıxışnda həmyaşıdlarını təbrik edib.

Etikxeber.az

 

Read Previous

10 il ərzində Azərbaycanda vərəmdən ölüm halları 2 dəfə azalıb – AÇIQLAMA

Read Next

ZorakIlıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir – HİCRAN HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir