“Bakı-2017″nin cüdo yarışlarının ikinci günündə 12 idmançımız mübarizəyə qoşulur

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.

Etikxeber.az xəbər verir ki, yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.

“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) – Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.

Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.

Bu gün, həmçinin paracüdoçu kişilərin yarışında 66, 73, 90 kiloqram, eləcə də 100 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar. Paracüdo yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

Bayram Mustafayev (66 kq) finalda yarışmaq üçün əlcəzairli Mohammed Kamel Bellabasla, eyni çəkidə Elçin Talıbov ilk mərhələdə özbəkistanlı Utkirjon Niqmatov, sonrakı döyüşdə isə türkiyəli Recep Ciftçi ilə gücünü sınayacaq.

Turnirə yarımfinaldan qoşulacaq Ramil Qasımov bu mərhələdə (73 kq) iranlı Mahdi Borçlou – türkiyəli Serdar Aydın cütünün qalibi ilə, həmin çəkidə Natiq Talıbov isə dörddəbir finalda əlcazairli Youcef Radjaini məğlub edəcəyi təqdirdə yarımfinalda özbəkistanlı Feruz Sayidovla qarşılaşacaq.

Rövşən Səfərov (90 kq) özbəkistanlı Şukrat Boboev, Tofiq Məmmədov isə iran cudoçusu Mohammad Ali Şanani ilə münasibətlərə aydınlıq gətirəcək.

Paralimpiya çempionumuz İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan təmsilçisinə, Kənan Abdullaxanlı isə türkiyəli rəqibinə qarşı finala çıxmaq üçün yarışacaq.

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13 medala sahib olublar.

Etikxeber.az

Read Previous

“İslamiada”nın idman gimnastikası və atıcılıq yarışlarının ikinci gününə start verildi – YENİLƏNİB

Read Next

Azərbaycanın 3 kişi və 3 qadın karateçisi medallar uğrunda mübarizə aparır: Roman Heydərov qələbə ilə başladı – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir