“Bakı-2017″nin həndbol yarışında qrup mərhələsinin son turuna start verildi – FOTO

Mayın 11-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində həndbol yarışının qrup mərhələsinin sonuncu turunun oyunları başlayıb.

Etikxeber.az xəbər verir ki, günün açılış matçı kişilərin yarışında “B” qrupunda qərarlaşan Mərakeş və İraq komandaları arasında keçirilir. Qrupun digər oyununda isə İordaniya və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.

“A” qrupunda isə Səudiyyə Ərəbistanı-Pakistan, Azərbaycan-Əlcəzair qarşılaşmaları oynanılacaq.

Qadınların yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olacaqlar. Turun mərkəzi qarşılaşması keçirdikləri hər iki oyunda qalib gələn Azərbaycan və Türkiyə təmsilçiləri arasında baş tutacaq. Digər oyunda isə Özbəkistan və Kamerun həndbolçuları ilk qələbələrini qazanmaq üçün yarışacaqlar.

Etikxeber.az

Read Previous

“Bizim günəşimizsiniz!” – XALQ ŞAİRİ PREZİDENTƏ BELƏ DEDİ – FOTO

Read Next

Pirallahıda yeni körpünün və Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı oldu – FOTOLAR – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir